Demo Sayt » idman » Karlos Teves rəsmən dünyanın ən yüksək ödənişli futbolçusu oldu


Karlos Teves rəsmən dünyanın ən yüksək ödənişli futbolçusu oldu

29-12-2016, 15:59
Çap et
Karlos Teves rəsmən dünyanın ən yüksək ödənişli futbolçusu oldu Argentinalı hücumçu Karlos Teves rəsmi Çinin "Şanxay Şenxua" klubuna keçdi.
Teves yeni klubunda həftəsinə 615 min avro (təxminən 1.2 milyon manat) alacaq və bu onu dünyanın ən yüksək odənişli futbolçusu edəcək. Hal hazırda ən yüksək odənişli futbolçu İspaniyanın "Real Madrid" klubunun hücumçusu Kriştianu Ronaldudu.
Cari mövsümdə Teves Argentina çempionatında 10 oyun keçirib. Bu 10 oyunda o, 4 qol vurub və 6 asist edib. Öz karyerası ərzində Karlos Teves Braziliyanın "Korintians", İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Vest Hem" və İtaliyanın "Yuventus" klublarında çıxış edib. Milli heyətdə Teves 76 oyun keçirib və 13 qol vurub.
Reytinq: