Formula 1 ilə bağlı son durum - 40-dan çox ölkədən bilet alınıb2-02-2017, 12:02
Çap et Bunu Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib. N.Arpadarai bildirib ki, hər şey plana uyğun olaraq gedir: “Tikinti işləri bu aydan başlayacaq. Təbliğat işləri davam edir. Bilet satışı ilə bağlı ilk kampaniya 31 yanvarda sona yetdi. Nəticələrdən razıyıq, gözləntilərimiz özünü doğrultdu. Dünyanın 40-dan çox ölkəsindən biletlər alınıb. Ən çox Rusiyadan, Böyük Britaniyadan, Avropa və ərəb ölkələrindən biletlər alınıb”. O əlavə edib ki, bu dəfə də yarışlarla bağlı konsertlərə dünya ulduzlarının dəvət olunması gözlənilir: “Üç konsert proqramının təşkil olunması nəzərdə tutulur. Konsert proqramlarında dünya ulduzlarının da iştirak etməsi gözlənilir. Hazırda bununla bağlı danışıqlar gedir, razılıq əldə olunduqdan sonra onların adları ictimaiyyətə açıqlanacaq”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
