Yubiley oyununda məğlubiyyət6-02-2017, 11:15
Çap et Paytaxt təmsilçisinin yubileyi Premyer Liqanın XVI turuna təsadüf edib. Tərlan Əhmədovun yetirmələri öz meydanında “Qarabağ”la qarşılaşıb. Bakılılar yubiley matçında hesabı açsa da, meydanı məğlub tərk edib – 1:2. AZAL ölkə çempionatının yüksək liqasında keçirdiyi 350 oyunda 127 qələbə qazanıb, 102 heç-heçə edib və 121 dəfə məğlub olub. 374 qola sevinən paytaxt klubu 359 top buraxıb. Bakılılar 350 oyundan 175-ni ev, 175-ni səfərdə keçirib. Premyer Liqada 2005/06 mövsümündə debüt edən AZAL 13 çempionat ərzində “Olimpik” və “Olimpik-Şüvəlan” adları altında da çıxış edib. Paytaxt təmsilçisi Premyer Liqada ən çox oyun keçirən komandalar arasında 9-cudur. Xatırladaq ki, AZAL ilk oyununu 2005-ci il avqustun 12-də öz meydanında “Xəzər Lənkəran”a qarşı keçirib və 0:2 hesabı ilə uduzub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
