Hulusi Kılıç: Qarabağ Bəyannaməsi Türk dünyasında əməkdaşlığın yol xəritəsidir8-07-2024, 11:17
Çap et Bu sözləri Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç deyib. Kılıç qeyd edib ki, Türk Dövlətləri Təşkilatı addım-addım dövlətlərin və xalqların gələcək inkişafına təsir göstərən struktura çevrilir. “Şuşada keçirilən sammitin iştirakçıları birlik və əməkdaşlığın vacibliyini qeyd edərək, TDT-nin etibar edilən və dinlənilən güclü struktura çevrilməsinin tərəfdarı oldular. Türk ailəsi ideyası ətrafında birləşməyin zəruriliyi vurğulanıb”, - deyə keçmiş səfir qeyd edib. Onun sözlərinə görə, bu qəbildən olan sammitlər Şuşanı TDT-nin siyasi mərkəzlərindən birinə çevirərək, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına kömək edir. “Şuşada keçirilən sammit həm də Bakının tərəfdaşlarını Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsinin bərpası istiqamətində aparılan genişmiqyaslı işlərlə tanış etmək üçün yaxşı fürsət oldu”, - deyə “İMZA” birliyinin nümayəndəsi bildirib. Türkiyəli ekspert Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Respublikasının (ŞKTC) lideri Ersin Tatarın Şuşaya dəvət edilməsi ilə bağlı qərarını yüksək qiymətləndirib. “Şuşada keçirilən qeyri-rəsmi TDT sammiti, şübhəsiz ki, ŞKTC-nin üzləşdiyi maneələrin dəf edilməsi yolunda yeni tramplin oldu”, - deyə Kılıç bildirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
