Samir Məmmədov: Rəqəmsal hökumətin inkişafı dəqiq proqnozlaşdırıla bilən iqtisadiyyatı əlçatan edəcək17-09-2024, 11:02
Çap et Bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov sentyabrın 16-da “Rəqəmsal iqtisadiyyatda hesabatlılıq və şəffaflıq” mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransda deyib. O bildirib ki, nəticədə ümumi dövlət xərclərinin azaldılmasına, dəqiq proqnozlaşdırıla bilən iqtisadiyyata və iqtisadi artıma, dövlət daxilində proseslərin real vaxt rejimində izlənməsinə nail olmaq asanlaşacaq: “Prezident İlham Əliyevin Fərmanına əsasən, “AzInTelecom” MMC vasitəsilə hökumət qurumları bulud əsaslı sistemə keçir. MMC-nin Bakı və Yevlax Data mərkəzləri coğrafi alternativliyi təmin etməklə dayanıqlı informasiya texnologiyaları xidməti üzrə müxtəlif beynəlxalq sertifikatlara malikdir. Hazırda 70-dən artıq dövlət qurumunun informasiya sistemləri və ehtiyatları tam və ya qismən data mərkəzinə yerləşdirilib”. Samir Məmmədov vurğulayıb ki, ikinci mühüm layihələrdən biri “SİMA” bulud əsaslı müasir rəqəmsal imzadır. Artıq “SİMA” proqram təminatının mobil cihazlarda yüklənmə sayı 50 mini ötüb. Hazırda 12 dövlət və özəl qurumun bu sistemə inteqrasiyası baş tutub, 70-dən çox qurum isə inteqrasiya prosesi mərhələsindədir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
