On ayda tütün xammalı ixracında 3,5 dəfə artım qeydə alınıb11-11-2024, 10:19
Çap et Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən məlumat verilib. Bildirilib ki, ixrac olunan tütün xammalının ümumi dəyəri 21,5 milyon dollar təşkil edib. Bu rəqəm isə ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 5,1 dəfə artıqdır. Qeyd olunub ki, ölkəmizdə tütün becərilməsi dövlət tərəfindən dəstəklənir, bu sahənin inkişafına subsidiyalar ayrılır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, növbəti təsərrüfat ilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə becərilən və tədarük məntəqələrinə təhvil verilən Virciniya sortu yaş tütünün hər tonuna görə fermerə 36 manat vəsait ödəniləcək. Müasir suvarma sistemləri qurulmamış sahələrdə becərilib təhvil verilən Vircinya sortu tütünün hər tonuna görə isə fermerə 34 manat məhsul subsidiyası ödənilməsi nəzərdə tutulur. Növbəti təsərrüfat ilində müasir suvarma sistemləri ilə təmin olunmuş və təmin olunmamış sahələrdə becərilib təhvil verilən quru tütünün hər tonuna görə isə fermerə analoji olaraq 220 və 200 manat məhsul subsidiyası veriləcək. Yaş tütünə görə analoji olaraq 22 (müasir suvarma) və 20 manat (adi suvarma) məhsul subsidiyasının verilməsi nəzərdə tutulub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
