Pərviz Şahbazov: Yaşıl enerji dəhlizləri təkcə enerjinin ötürülməsini deyil, həm də sabit və davamlı gələcəyin yol xəritəsini müəyyənləşdirir15-11-2024, 10:35
Çap et Bu sözləri energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində keçirilən Enerji keçidi üzrə İnvestisiya Forumunda çıxışı zamanı deyib. Nazir vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionlarının vahid geosiyasi məkana çevrilməsi, ölkələrimiz arasında strateji tərəfdaşlıqların qurulması və möhkəmləndirilməsinə əsaslanan siyasətində bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verilir. “Yaşıl enerji dəhlizləri təkcə enerjinin ötürülməsini deyil, həm də sabit və davamlı gələcəyin yol xəritəsini müəyyənləşdirir. Mərkəzi Asiya və Azərbaycanın birgə səyləri ilə biz gələcək nəsillərə təmiz, təhlükəsiz və firavan bir enerji mirası buraxırıq. Hər üç dəhliz, Mərkəzi Asiya ilə yanaşı, Xəzər dənizinin nəhəng enerji potensialı investorlar, enerji şirkətləri və maliyyə institutları üçün geniş əməkdaşlıq imkanları vəd edir”,- deyə nazir qeyd edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
