Heqiqet.Az » hadise » DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb


DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb

10-01-2025, 11:29
Çap et
Ötən gün ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, axtarışda olduğuna görə ümumilikdə 57, o cümlədən borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 43 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.
Reytinq: