Heqiqet.Az » yazarlar » Baba eldən aralandı


Baba eldən aralandı

1-10-2025, 22:46
Çap et


Əzizimiz və çox hörmətli əbədi prezidentimiz Heydər
babanın ölüm xəbəri bütün Azərbaycan xalqını,
Bakı Dövlət Universitetinin rektorluğunu, tədris
hissəsinin əməkdaşlarını sarsıdan kimi məni də
sarsıtdı. Ona görə də ürəyiimdən keçən bu kiçik
şerimi Heydər babaya həsr edirəm.

Xəbər gəldi yad ellərdən,
Dahinin ürəyi dayandı.
Qara büründü asiman,
Ürəklər qana boyandı.
Baba eldən aralandı.

Təyayrələr endi birdən,
Baba gəldi qərib eldən,
Ürəyimiz paralandı,
Bu bəd xəbər nə yamandı,
Baba bizdən aralandı.

Yollarına gül hörülür,
Kədər-qəmdən bel bükülür,
Göz yumulur, yaş tökülür.
Bu faciə nə yamandı,
Baba eldən aralandı.

Dolur, boşalır Sarayı,
Qəbul edir qonaqları.
İçində göynəyir hamı,
Bayraqlar qana boyandı,
Baba eldən aralandı.

El yeriyir xiyabana,
Ah-vaylar, sığmır cahana,
Dahi qoyulur məzara,
Bu nə sitəm, bu nə andı,
Baba eldən aralandı.


Millət gəlir xiyabana,
Sığmayırlar bu diyara,
Baxıb keçir yana-yana,
Gül üstünə gül qalandı,
Baba eldən aralandı.

Qırılıbdı qol-qanadım,
Susmayır tarım-kamanım.
Dünyaya çatsın harayım,
Baba ürəklərdə qaldı,
Cismən bizdən aralandı.



Əhməd Əhmədov,
Bakı Dövlət Universitetinin Kimya
fakültəsinin dossenti, kimya elmləri namizədi
18.12.2003-cü il.
Reytinq: