Qubada saxlanılan şəxslərdən 8 kiloqram narkotik vasitə aşkarlanıb6-10-2025, 13:42
Çap et Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum edilmiş 44 yaşlı Fuad Fərhadov saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib ki, həmin şəxsdən 6 kiloqram marixuana, 2 kiloqrama yaxın heroin və metadon həblər aşkarlanıb. Saxlanılan şəxs narkokuryerliyə cəlb edildildiyini və Quba rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə rayon sakini 38 yaşlı Cəmil Abdullayev də saxlanılıb. Həmin şəxsin evindən narkotik vasitə olan heroin və marixuana aşkar olunaraq götürülüb. Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum edilmiş 44 yaşlı Fuad Fərhadov saxlanılıb.