Azərbaycan və Belarus beynəlxalq istehsal müəssisəsi qura bilər15-10-2025, 11:47
Çap et Bunu Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç Azərbaycan–Belarus biznes forumunun açılışı zamanı bildirib. Diplomat qeyd edib ki, hazırda ixrac-investisiya layihəsi çərçivəsində həyata keçirilən sahələrdən biri yenilənmə mərhələsindədir. “Biz beynəlxalq sənaye forumlarının və platformalarının bir hissəsinə çevriləcək birgə müəssisələrin yaradılmasına çalışırıq. Bu, uzunmüddətli əməkdaşlığın və istehsal potensialının möhkəmlənməsinin əsasını qoyur”, - deyə səfir vurğulayıb. Diplomat əlavə edib ki, yenilənmiş investisiya layihələri dayanıqlı inkişafı və müasir texnologiyaların tətbiqini nəzərdə tutur ki, bu da istehsalın səmərəliliyini artırmağa və xərcləri azaltmağa imkan verəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
