Rusiya mediasında Prezident İlham Əliyevin Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsi işıqlandırılıb7-01-2026, 12:07
Çap et Rusiyanın aparıcı media orqanları bir gün əvvəl yerli televiziya kanallarına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyevin əsas sitatlarını əks etdirən materiallar dərc edib."RİA Novosti”, TASS, “Vesti Kavkaza”, “İnterfaks” agentlikləri, “360” televiziya kanalı və digər media qurumları dərc etdikləri materiallarda Prezident İlham Əliyevin “Zəngəzur dəhlizinin açılması ilə bağlı artıq heç bir şübhə yoxdur” fikrini önə çəkiblər. Nəşrlərdə, həmçinin dövlət başçısının Azərbaycanın Mərkəzi Asiya ilə Qərb arasında yeganə etibarlı halqa olduğunu, ölkədən yan keçən alternativ marşrutların isə səmərəsiz və maraq doğurmadığını vurğuladığı qeyd olunur. Medianın materiallarında Prezident İlham Əliyevin Azərbaycanın tranzit imkanlarının gələcəkdə daha da genişlənəcəyinə əminliyi diqqətə çatdırılır, Avropa və Asiya məkanında iqtisadi əlaqələrin möhkəmləndirilməsi kontekstində nəqliyyat infrastrukturunun inkişafının vacibliyi xüsusi qeyd edilir. Xəbər resursları dərc etdikləri yazılarda Azərbaycan liderinin regionda xarici siyasət çağırışlarına dair mövqeyinə, suverenliyin və təhlükəsizliyin möhkəmləndirilməsinin zəruriliyinə diqqət yetirirlər. Media qurumları Prezident İlham Əliyevin 907-ci düzəlişin tamamilə ləğv edilməsinin vacibliyi ilə bağlı fikirlərini, eləcə də ikitərəfli münasibətlərin əsas aspektləri və regional təşəbbüslər barədə mövqeyini sitat gətirirlər. Ümumilikdə, Rusiya mediası Azərbaycanın regional və beynəlxalq proseslərdə strateji rolunu vurğulayır, Prezident İlham Əliyevin müsahibəsini geniş şəkildə işıqlandırır və onun bəyanatlarını rəsmi Bakının ardıcıl, müstəqil və fəal xarici siyasətinin təzahürü kimi qiymətləndirir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Rusiyanın aparıcı media orqanları bir gün əvvəl yerli televiziya kanallarına müsahibə verən Azərbaycan Prezidenti İlham Əliyevin əsas sitatlarını əks etdirən materiallar dərc edib.