Tramp: Maçadonun Nobel Sülh Mükafatını təqdim etməsi hörmət əlamətidir16-01-2026, 13:04
Çap et ABŞ Prezidenti Donald Tramp Venesuela müxalifətinin lideri Mariya Korina Maçadonun ona Nobel Sülh Mükafatını təqdim etməsini hörmət əlaməti kimi dəyərləndirib.Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib. O, Maçado ilə görüşməyin “böyük şərəf” olduğunu bildirərək onu “çox çətinliklərdən keçmiş əlamətdar bir qadın” adlandırıb. Mariya Korina Maçado yanvarın 15-də baş tutan görüş zamanı Nobel Sülh Mükafatını Trampa təqdim etdiyini açıqlamışdı. “Fox News” isə ABŞ Prezidentinin mükafatı qəbul etdiyini xəbər verib. Nobel Komitəsi daha əvvəl mükafatla bağlı qərarın qəti olduğunu və onun ləğv edilə, bölünə və ya başqa şəxsə verilə bilməyəcəyini bəyan edib. Qeyd edək ki, Nobel Komitəsi 2025-ci il oktyabrın 10-da Nobel Sülh Mükafatının Mariya Korina Maçadoya verildiyini elan edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

ABŞ Prezidenti Donald Tramp Venesuela müxalifətinin lideri Mariya Korina Maçadonun ona Nobel Sülh Mükafatını təqdim etməsini hörmət əlaməti kimi dəyərləndirib.