Rəcəb Tayyib Ərdoğan: Dünyada qanunun gücünü güclünün hüququ əvəz edir20-01-2026, 10:30
Çap et Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasının yekunlarına dair keçirilən brifinqdə deyib. O, Rusiya–Ukrayna müharibəsinə diqqət çəkərək bildirib ki, gələn ay minlərlə insanın həyatına son qoymuş qanlı qarşıdurmanın beşinci ili başlayır. “Davam edən səylərə baxmayaraq, barışığa aparan yol hələ də tapılmayıb”, - deyə Türkiyə Prezidenti vurğulayıb. Dövlət başçısı, həmçinin yeni sınaqlarla müşayiət olunan qarşıdurmaların baş verdiyi İrandakı vəziyyətə də toxunub. “İranda həyata keçirilməyə çalışılan ssenarini diqqətlə izləyirik. İnanırıq ki, qonşumuz bu günləri geridə qoyacaq. Türkiyə hadisələrin əvvəlindən problemlərin həll yolunun danışıqlar masasından keçdiyi mövqeyini prinsipial şəkildə müdafiə edir. Bütün maraqlı tərəfləri diplomatik rıçaqlardan istifadə etməyə çağırırıq”, - deyə o bildirib. R.T.Ərdoğan Suriyadakı vəziyyətə də münasibət bildirib. “Türkiyə 8 dekabr inqilabının nailiyyətlərini möhkəmləndirmək üçün səylərini əsirgəmir. 13,5 illik zülm və yüz minlərlə suriyalının həyatına son qoymuş qarşıdurmadan sonra tarixi fürsət yaranıb. Suriya suriyalılara məxsusdur”, - deyə Türkiyə Prezidenti xüsusi vurğulayıb və qonşu ölkənin birliyi və ərazi bütövlüyünün əhəmiyyətini qeyd edib. “Suriyanın sabitliyi bütün regionun rifahı üçün son dərəcə vacibdir”, - deyə Prezident əlavə edib və bildirib ki, Türkiyənin yerləşdiyi regionda terrorizm dövrü artıq başa çatıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
