Demo Sayt » iqtisadiyyat » Xəzər və Kürə buraxılan körpə balıqların sayı artıb


Xəzər və Kürə buraxılan körpə balıqların sayı artıb

13-06-2017, 10:22
Çap et
Xəzər və Kürə buraxılan körpə balıqların sayı artıb Azərbaycanda Xəzər dənizinə buraxılan körpə balıqların sayı artıb.
Bunu Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.
Onun sözlərinə görə, 2016-cı ildə balıqartırma müəssisələri tərəfindən 7.57 milyon ədəd nərəcinsli, 199.8 min ədəd qızılbalıq, 398.81 milyon ədəd çəkikimilər balıq körpələri artırılaraq Kür və Xəzər dənizinə buraxılıb.
Ümumilikdə, təbii su hövzələrinə 406.5 milyon ədəd körpə balıq buraxılıb.
Bu rəqəmin 2015-ci ilə nisbətən çox olduğunu deyən M.Axundov dənizə buraxılan körpə balıqların sayının ildən-ilə artdığını söyləyib.
M.Axundov qeyd edib ki, Azərbaycanda körpə balıqlar ETSN-nin 12 balıqartırma zavodunda yetişdirilir. Zavodların 4-ü nərəcinslilərin, 3-ü qızıl balıqların, 5-i çəkikimilərin artırılması üçün körpələr yetişdirir.
Reytinq: