Demo Sayt » iqtisadiyyat » Azərbaycanda ƏT BAHALAŞIB BU QİYMƏTƏ OLDU


Azərbaycanda ƏT BAHALAŞIB BU QİYMƏTƏ OLDU

15-08-2017, 15:13
Çap et
Azərbaycanda ƏT BAHALAŞIB BU QİYMƏTƏ OLDU 2017-ci ilin iyul ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri iyun ayına nisbətən 0,1 faiz bahalaşıb. İlin 7 ayında ötən ilin müvafiq dövrünə nisbətən isə bahalaşma 14,0 faiz təşkil edib.
2017-ci ilin iyul ayında 2017-ci ilin iyun ayına nisbətdə ət məhsullarının qiyməti 1,2 faiz bahalaşıb. İllik müqayisədə artım 27,2 faiz olub.
Süd məhsulları, pendir və yumurtanın qiyməti cari ilin 7 ayında 2016-cı ilin yanvar-iyul aylarına nisbətən 10,7 faiz artıb.
Meyvənin qiyməti iyul ayında iyun ayına nisbətən 2,2 faiz ucuzlaşıb. 2016-cı ilin yanvar-iyul aylarına nisbətən 19,4 faiz bahalaşıb. Tərəvəzin qiyməti isə cari ilin iyul ayında iyun ayı ilə müqayisədə 5,8 faiz azalıb. İllik əsasda 20,3 faiz bahalaşıb.
Arağın qiyməti illik əsasda 4,5 faiz, mineral sular, sərinləşdirici içkilər və şirələr
7,5 faiz bahalaşıb. Qiyməti illik əsasda cüzi bahalaşan tütün məmulatları olub - 0,1 faiz.
Reytinq: