SOCAR: TANAP ilə Azərbaycan qazının nəzərdə tutulan vaxtda Türkiyəyə çatdırılması tamamilə realdır19-09-2017, 12:40
Çap et Trend-in məlumatına görə, bu barədə SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadənin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir. X.Yusifzadə qeyd edib ki, uzunluğu 1810 km olan TANAP kəməri ilə Azərbaycan təbii qazının nəzərdə tutulduğu kimi, 2018-ci ilin iyun ayında Türkiyəyə çatdırılması tamamilə realdır: "Çünki TANAP layihəsi çərçivəsində işlərin 80 faizindən çoxu icra edilib". O bildirib ki, 2020-ci ildə kəmərin buraxılış gücü ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq: "İlkin mərhələdə 16 milyard kubmetr qazın 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya veriləcək". SOCAR-ın I vitse prezidenti əlavə edib ki, uzunluğu 870 km olan Transadriatik kəmərinin (TAP) Yunanıstan və Albaniya hissələrində də intensiv iş gedir: "Azərbaycan qazının bu kəmərlə Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır. İlkin mərhələdə Avropaya ildə 10 milyard kubmetr qazın nəql edilməsi, daha sonra bunun iki dəfə artırılması nəzərdə tutulur". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
