Demo Sayt » iqtisadiyyat » Azərbaycanın ikinci peyki nə vaxt hazır olacaq?


Azərbaycanın ikinci peyki nə vaxt hazır olacaq?

25-10-2017, 13:15
Çap et
Azərbaycanın ikinci peyki nə vaxt hazır olacaq? Azərbaycanın "Azerspace-2/Intelsat-38" ikinci geostasionar peykinin tikintisi üzrə işlər 90 faiz yekunlaşıb.
Bu barədə Azərbaycanın peyk rabitəsi bazarındakı mənbə bildirib.
Tikinti işlərinin 2018-ci ilin yanvarında başa çatdırılması planlaşdırılır. Peykin gələn ilin birinci yarısında buraxılması nəzərdə tutulur.
Peykin orbitə çıxarılması ilə Fransanın "Arianespace" şirkəti məşğul olacaq. Bundan əvvəl "Azerspace/Africasat-1a" ilk peykinin buraxılışını da həmin şirkət həyata keçirmişdi.
"Azerspace-2/Intelsat-38" geostasionar orbitdə 45 dərəcə şərq uzunluğunda yerləşdiriləcək. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.
Reytinq: