AZAL-da bələdçi işləmək istəyən xanımların nəzərinə21-11-2017, 10:22
Çap et QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, sənəd qəbulu noyabrın 22-dən dekabrın 22-dək saat 10.00-dan 12.00-a kimi aparılacaq. Namizədlər müsabiqə yolu ilə seçiləcəklər. Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan; azərbaycan, rus, inglis və ya digər xarici dillərdə sərbəst danışmağı bacaran, xoş xarici görünüşə malik xanımlar iştirak edə bilər. Müsabiqədə iştirak üçün aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur: - şəxsiyyət vəsiqəsi; - bir fotoşəkil (3х4); - xarici pasport; - diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa). Bütün sənədlər “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır. Əlavə məlumat üçün “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Personalla iş üzrə Baş İdarəsinə müraciət etmək olar. Əlaqə telefonları: 497-26-00 (daxili 24-04; 32-81; 20-74) Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
