Qida Təhlükəsizliyi Agentliyi: "Halal" sertifikatı təhlükəsizlik göstəricisi deyil14-03-2018, 13:56
Çap et Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. Q.Təhməzli bildirib ki, rəhbərlik etdiyi agentlik halal məhsullar üçün keyfiyyət sertifikatı verməyi planlaşdırmır: "Agentliyin belə bir sertifikat vermək hüququ yoxdur". Sədr qeyd edib ki, laboratoriya şəraitində məhsullarda yalnız donuz əti və emulsiyasının olduğunu müəyyən etmək olar: "Lakin hər hansı məhsulun "halal" standartına aid olduğunu müəyyənləşdirmək mümkün deyil. Bu məsələ ilə maraqlanan vətəndaşlar dini strukturlardan məsləhət ala bilərlər". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
