Azərbaycana pirotexniki vasitələrin qaçaq yolla gətirilməsinin qarşısı alınıb26-10-2018, 10:55
Çap et Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Azərbaycan vətəndaşına məxsus nəqliyyat vasitəsinə gömrük baxışı keçirilməzdən öncə avtomobilin sahibi gömrük bəyənnaməsinin bəndlərinə uyğun şifahi sorğu-sual edilib. Vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin sağ və sol yan karnizlərinin içindən üzərində "BİGCRACKER A15" yazısı olan, hər birində 10 ədəd olmaqla 100 qutu pirotexniki vasitə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
