Azərbaycan “Global Innovation Index 2019” reytinqində İKT göstəricilərinə görə fərqlənib28-12-2019, 16:18
Çap et Ölkə “İKT xidmətlərinin ixracı” göstəricisində mövqeyini ötən illə müqayisədə 17 pillə yaxşılaşdırıb. “İKT xidmətlərinin idxalı” göstəricisində isə Azərbaycan bir pillə geriləyərək 42-ci yerdə qərarlaşıb. Həmçinin “İKT-dən istifadə” və “İKT-yə çıxış” göstəricilərində Azərbaycan müvafiq olaraq 82 və 69-cu yerlərdə qərarlaşıb. Qeyd edək ki, “Global Innovation Index 2019” reytinqi 126 ölkəni əhatə edir və ABŞ-ın Kornell Universiteti, Fransanın INSEAD Biznes Məktəbi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən birgə tərtib olunur. Reytinqin tərtib olunması zamanı 82 göstərici qeydə alınır. Azərbaycan reytinqdə ümumilikdə 84-cü yerdə qərarlaşıb. Azərbaycanın ən yaxşı göstəricisi “Daxili bazarın inkişafı” blokunda “İnvestisiyalar” subindeksi üzrə birinci yerdir. Bundan başqa, ölkə “Minoritar investorların müdafiəsi” subindeksində ikinci, “Biznesin başlamasının asanlığı” subindeksində 9-cu, “Kreditlərin alınmasının asanlığı” subindeksində 20-ci yerdə qərarlaşıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
