Demo Sayt » iqtisadiyyat » Azərbaycan BMT-nin internet üzrə reytinqində mövqelərini yaxşılaşdırıb


Azərbaycan BMT-nin internet üzrə reytinqində mövqelərini yaxşılaşdırıb

20-09-2016, 09:25
Çap et
Azərbaycan BMT-nin internet üzrə reytinqində mövqelərini yaxşılaşdırıb Azərbaycan BMT Komissiyasının davamlı inkişaf naminə genişzolaqlı rabitə üzrə reytinqində fərdi istifadəçilər arasında internetə daxil olma səviyyəsinə görə mövqelərini yaxşılaşdırıb.
Bu barədə "Genişzolaqlı rabitənin vəziyyəti 2016" hesabatında deyilir.
Aparılmış araşdırmalara əsasən 2015-ci ildə Azərbaycan 2014-cü illə müqayisədə 27 pillə yüksələrək 191 ölkə arasında 77 faizlik nəticə ilə 36-cı yeri tutub.
Fərdi istifadəçilər arasında (inkişaf etməkdə olan ölkələr üzrə) internetə daxil olması səviyyəsi üzrə Azərbaycan 13 pillə yüksələrək 77 faiz nəticilə 147 ölkə arasında 11-ci yeri tutub.
Mobil genişzolaqlı internetə daxil olma dərəcəsinə görə Azərbaycan 60,92 faiz göstərici ilə 60-cı yerdə möhkəmlənib.
Reytinq: