Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı azalıb25-05-2020, 08:47
Çap et 2020-ci ilin yanvar-aprel aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 42 şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35 şirkət azdır.Bu barədə Türkiyənin Ticarət-Sənaye Palatasından bildiriblər. Qeyd edilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınmış Azərbaycan şirkətlərinin ümumi kapitalı 5,249 milyon lirə təşkil edib. 2019-cu yanvar-aprel aylarında bu göstərici 11,755 milyon lirə olub. Bu ilin yanvar-aprel aylarında Azərbaycan kapitalı ilə 35 şirkət İstanbulda qeydə alınıb. Bu şirkətlərin ümumi kapitalı 4,051 milyon lirə təşkil edib. 2020-ci ilin yanvaar-aprel aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 4 sənaye, 2 tikinti, 19 topdan və pərakəndə ticarət, 2 turizm və 2 daşınmaz əmlak şirkəti qeydiyyata alınıb. Azərbaycan kapitalı ilə 13 şirkət iqtisadiyyatın digər sahələri üzrə qeydiyyatdan keçib. Qeyd edək ki, 2019-cu ildə Türkiyədə Azərbaycan kapitalı ilə 184 şirkət qeydiyyata alınmışdı. Bu, əvvəlki illə müqayisədə bir şirkət çox olub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

2020-ci ilin yanvar-aprel aylarında Türkiyədə Azərbaycan kapitalı ilə 42 şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35 şirkət azdır.