Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı artıb5-05-2021, 05:19
Çap et Bu barədə Türkiyə Ticarət və Sənaye Palatası (TOBB) məlumat yayıb. Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 13,031 milyon türk lirəsi olduğu halda, 2020-ci ilin eyni dövründə bu rəqəm 5,132 milyon türk lirəsi təşkil edib. 2021-ci ilin yanvar-mart aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (62) qeydiyyata alınıb. Bu şirkətlərin ümumi kapitalı 11,856 milyon türk lirəsi təşkil edib. Ötən ay Türkiyədə Azərbaycan kapitalı ilə 5 sənaye, 3 tikinti, 2 maliyyə, 23 topdan və pərakəndə ticarət, 4 daşınmaz əmlak satışı, 6 turizm, 9 nəqliyyat-logistika şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir. Qeyd edək ki, 2020-ci ildə Türkiyədə Azərbaycan kapitalı ilə 148 şirkət qeydiyyata alınmışdı. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
