Demo Sayt » iqtisadiyyat » Azərbaycandan Rusiyaya ixrac olunan 238 kq meyvə geri qaytarılıb


Azərbaycandan Rusiyaya ixrac olunan 238 kq meyvə geri qaytarılıb

23-06-2016, 10:49
Çap et
Azərbaycandan Rusiyaya ixrac olunan 238 kq meyvə geri qaytarılıb İyun ayında Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Agentliyi Azərbaycandan bu ölkəyə 238 kq meyvə və giləmeyvənin idxalına qadağa qoyub.
Dağıstanın "Yaraq-Qazmalar" gömrük keçid məntəqəsində Federal Agentliyin müfəttişləri Azərbaycandan qonşu ölkənin ərazisinə ixrac olunan albalı, alça, qarağat və moruqdan ibarət yükü geri qaytarıb.
Rusiyanın dövlət rəsmiləri iddia edir ki, bu cür hadisələrin baş verməsinə səbəb yük sahiblərinin keçirdiyi yük üçün aldığı fitosanitar sertifikatı təqdim etməməsidir. Bundan başqa, müfəttişlər zərərli məhsulların aşkarlandığını da bildirir.
Reytinq: