Demo Sayt » iqtisadiyyat » SOCAR və “Petronas” arasında Anlaşma Memorandumu imzalanıb


SOCAR və “Petronas” arasında Anlaşma Memorandumu imzalanıb

16-09-2016, 18:24
Çap et
SOCAR və “Petronas” arasında Anlaşma Memorandumu imzalanıb SOCAR və Malaziyanın “PETRONAS (E&P) OVERSEAS VENTURES SDN. BHD” (“Petronas”) şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qoşadaş” perspektiv strukturunun daxil olduğu blokun kəşfiyyatı, işlənilməsi və karbohidrogenlərin hasilatına dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə SOCAR-dan məlumat verilib.
Memorandumun şərtlərinə əsasən, şirkətlər 6 ay ərzində layihə üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“PSA”) əsas kommersiya prinsiplərini və şərtlərini razılaşdırmalıdırlar.
Reytinq: