Demo Sayt » iqtisadiyyat » OPEC-in hasilatın səviyyəsi ilə bağlı yazılı razılığın olmaması nefti cüzi ucuzlaşdırıb


OPEC-in hasilatın səviyyəsi ilə bağlı yazılı razılığın olmaması nefti cüzi ucuzlaşdırıb

29-09-2016, 09:39
Çap et
OPEC-in hasilatın səviyyəsi ilə bağlı yazılı razılığın olmaması nefti cüzi ucuzlaşdırıb Dünya bazarında neftin qiyməti fərqli istiqamətdə dəyişib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar artaraq 47,06 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,08 dollar azalaraq 48,61 dollar olub.
Qeyd edək ki, ötən gün OPEC-in iclasında razılığın əldə olunması ilə bağlı xəbərlər yayılandan sonra neft 5-6% bahalaşıb. Bəzi ekspertlər sonradan neftin cüzi ucuzlaşmasını bazar iştirakçılarının hasilatın səviyyəsi ilə bağlı razılığının rəsmi təsdiqini gözləməsi ilə izah edir.
Reytinq: