Beynəlxalq Bankın sağlamlaşdırılması sürətləndirilir28-12-2016, 10:29
Çap et Bu, prezident İlham Əliyevin ötən gün imzaladığı "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununun tətbiqi barədə fərmanda öz əksini tapıb. Fərmanda Azərbaycan Mərkəzi Bankına Maliyyə Nazirliyi ilə birlikdə, Maliyyə Sabitliyi Şurasının 2017-ci il üçün təsdiq etdiyi pul proqramına uyğun olaraq, pul və fiskal siyasətlərin daha sıx əlaqələndirilməsi istiqamətində tədbirlər görmək tövsiyə edilib. Fərmanda Maliyyə Sabitliyi Şurasına 2016-cı ilin sonuna kimi "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sağlamlaşdırılmasının sürətləndirilməsi ilə bağlı tədbirləri də təsdiqləmək və tədbirlər planına uyğun olaraq icrasını təmin etmək tapşırılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
