Azərbaycan ötən il neft hasilatını 1,4% azaldıb17-01-2017, 12:34
Çap et Sənaye məhsulunun 65,4%-i mədənçıxarma sektorunda, 28,2%-i emal sektorunda, 5,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 1,4%, əmtəəlik qaz hasilatı isə 3,9% azalıb. Emal sektorunda qida məhsullarının istehsalı 4%, toxuculuq sənayesi məhsullarının istehsalı 2,7 dəfə, geyim istehsalı 41%, ağacın emalı və ağacdan məmulatların istehsalı 10,8%, kağız və karton istehsalı 1,3%, metallurgiya sənayesi məhsullarının istehsalı 0,3%, hazır metal məmulatlarının istehsalı 24,9%, kompüter və elektron məhsulların istehsalı 7,4%, elektrik avadanlıqlarının istehsalı 3,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 17%, mebel istehsalı 9%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 10,7% artıb, içkilərin istehsalı 10%, tütün məmulatlarının istehsalı 13,4%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 67,9%, poliqrafiya məhsullarının istehsalı 12,1%, kimya sənayesi məhsullarının istehsalı 12,7%, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,3%, tikinti materiallarının istehsalı 10,6%, maşın və avadanlıqların istehsalı isə 14,9% azalıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,5%, su təchizatı, tullantıların təmizlənməsi emalı sektorunda isə 0,7% azalıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
