Dollar ucuzlaşır, diqqət Yellenin çıxışına yönəlib14-02-2017, 13:19
Çap et Bugünkü ticarət sessiyasının əvvəlində dolların indeksi 0,25% geriləyərək 100,77 bənd səviyyəsində qərarlaşıb. Dolların 113,29 Yaponiya yeninədək ucuzlaşıb. Ötən ticarət sessiyasında 1 dollar 113,73 yenədək bahalaşa bilib. Avronun dollara nisbətən məzənnəsi 1,0622 dollaradək yüksəlib. Halbuki ötən ticarət sessiyasında bu Avrozonanın vahid valyutası 1,0596 dollar səviyyəsində olub. Qeyd edək ki, investorların diqqəti C. Yellenin bugünkü çıxışına yönəlib. FED rəhbəri ABŞ Konqresinin Bank komitəsinin üzvləri qarşısında çıxış edəcək. İnvestorlar C. Yellendən uçot dərəcəsinin konkret hansı tarixdə artırılacağı ilə bağlı bəyanatı gözləyir. Dallas ştatının Federal Ehtiyat Bankının prezidenti Robert Kaplan (Robert Kaplan) hesab edir ki, FED uçot dərəcəsini artırmaqda tələsməməlidir. Təbii ki, dolların kəskin bahalaşmasının qarşısını alan əsas amil ABŞ prezidenti Donald Trampın vergi islahatı proqramının detallarının açıqlanmamasıdır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
