Demo Sayt » maraqli » 17 mart - Dünya Yuxu Günüdür


17 mart - Dünya Yuxu Günüdür

17-03-2017, 16:01
Çap et
17 mart - Dünya Yuxu Günüdür 17 Mart Dünya Yuxu Günü kimi qeyd edilir. Bu tarix 9 il əvvəl Dünya Səhiyyə Təşkilatı tərəfindən təsis edilib.
Həkimlər sağlam yuxunun vacibliyini qeyd edir və yuxu pozuntuları ilə bağlı problemlərə diqqət çəkməyə çalışırlar. Yuxu Günü ilə bağlı bu ilin şüarı “Möhkəm yuxu - sağlamlığa qayğı”dır.
Düzgün yuxu zamanı orqanizmin günlük həyatda sərf edilən bütün qüvvəsi bərpa olunur. Alimlərin müxtəlif peşə sahibləri arasında apardıqları araşdırmalarından məlum olub ki, əməyin qorunması və təhlükəsizlik texnikası mühəndisləri gündə 6 saatdan az yatırlar. Onlardan sonra bu siyahını müəllimlər, fəhlələr, mühafizəçilər və sürücülər davam etdirirlər. Yuxu çatışmazlığı aşpaz və qənnadı ustalarının fəaliyyətinə də mənfi təsir göstərir. Tədqiqatlara əsasən bəlli olub ki, normal yuxusunu alanlar, yəni təxmini 6-8 saat arası yatanlar mühasiblər, məşqçilər, mühəndislər və rəhbər vəzifəsində çalışan şəxslərdir.
Reytinq: