Demo Sayt » maraqli » Bir zamanlar podiumda meydan sulayan model, indi heyvan otarır - FOTOLAR


Bir zamanlar podiumda meydan sulayan model, indi heyvan otarır - FOTOLAR

25-04-2017, 09:32
Çap et
Bir zamanlar podiumda meydan sulayan model, indi heyvan otarır - FOTOLAR 90-cı illərin ən məşhur modellərindən olan Bilun Dohmen indiki halı ilə hamını şoka salıb.
Təxminən 20 il boyunca Amerika, İtaliya, Almaniya, Fransa, İngiltərə kimi ölkələrdə keçirilən moda nümayişlərində iştirak edən Bilun Dohmen öz sənətindən ayrılaraq Bodrumda bir kəndə köçüb. Kənddə özünə kiçik bir ferma quran model kəklik, qoyun, keçi, pişik, it, bildirçin, toyuq-cücə saxlayır.
Tamamilə kənd həyatı yaşayan Bilunun keçmişindən əsər-əlamət qalmayıb. Yay-qış burda qalan model orqanik heyvandarlıq məhsulları yetişdirir.
İstanbuldakı bütün var-dövlətini satan Bilun Dohmen sonuncu dəfə İstanbulda Cemil İpekçinin dəfiləsində ağ gəlinliklə çıxış etmişdi.
Modellik etdiyi zamanlarda da tək arzusunun bir küncə çəkilib səssiz, hüzurlu həyat yaşamaq olduğunu deyən Bilun Dohmen bütün həyatı boyunca da bu xəyalını gerçəkləşdirmək üçün çalışıb: " Kənd həyatını çox sevirəm. Burda çox sağlam qidalanıram . Öz pomidorumu, bibərimi əkib yeyirəm. Süd sağıram, qatıq çalıram. Hər şey çox gözəldir”.
Lüks həyatdan yorulduğunu vurğulayan model bildirib ki, artıq sadə həyat yaşamaq istəyir: "Artıq heç bir şey istəmirəm, Qızıllar, saatlar, heç bir şey istəmirəm. Sadə bir həyat yaşamaq istəyirəm. Təbii ki, modellik etdiyim vaxtlarla indiki həyatımı müqayisə etsək, aralarında çox böyük uçurum olduğunu anlamaq olur, amma bir çox model dostlarım belə mənim bu həyatıma həsəd aparır”.

Bir zamanlar podiumda meydan sulayan model, indi heyvan otarır - FOTOLARBir zamanlar podiumda meydan sulayan model, indi heyvan otarır - FOTOLARBir zamanlar podiumda meydan sulayan model, indi heyvan otarır - FOTOLARBir zamanlar podiumda meydan sulayan model, indi heyvan otarır - FOTOLAR
Reytinq: