Demo Sayt » sou » Model Günay Musayeva keçmiş əri haqda: "Ruhi xəstədir"


Model Günay Musayeva keçmiş əri haqda: "Ruhi xəstədir"

19-08-2015, 11:32
Çap et
Model Günay Musayeva keçmiş əri haqda: "Ruhi xəstədir" Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva oğlu Cahangircanla Bodruma istirahətə yollanıb. Model övladı ilə şəkillərini sosial şəbəkədə paylaşıb.
G.Musayeva keçmiş həyat yoldaşı, aktyor Tolqa Karellə bağlı Türkiyə mətbuatına açıqlama da verib. O, Tolqanın ruhi xəstə olduğunu bildirib:
“Oğluma nə maddi, nə də mənəvi dəstək olmur. Tolqa ruhi xəstədir. Onun müalicəyə ehtiyacı var”.
Qeyd edək ki, T.Karel və G.Musayeva bir neçə həftə əvvəl rəsmi boşanıblar. Tolqa keçmiş həyat yoldaşı ilə bağlı polisə şikayət edib. O, Günayı evində Türkiyədə qalma icazəsi olmayan əcnəbini işlətməkdə günahlandırıb. (axsam.az)
Reytinq: