Bugatti Veyron haqqında maraqlı faktlar3-05-2017, 09:48
Çap et 2. Bugatti-nin məxsusi qanadı var ki, o, avtomatik olaraq sürətə görə tənzimlənir. O, Bugatti-yə yerdə qalmağa kömək edir. Avtomobil təyyarənin uçuş sıçrayışından daha sürətli gedir. 3. Onu aerokosmik konstruktorlarla birgə hazırlayıblar. 4. Loqotipdə Ettore Buqattinin inisialları var - o, şirkətin təsisçisidir. 5. Bugatti-də ikili V-şəkilli, 8-silindrli mühərrik var və birlikdə onlar W 16 silindr deməkdir ki, bu da avtomobilə həm şəhərdə, həm də trasda rahat hərəkət imkanı verir. Mühərrik titandan hazırlanıb. 3500-dən çox hissədən ibarətdir. 6. Mühərrikin əsl gücü 3000 a.g.-dür. Enerjinin 2/3-si istiyə sərf olunur. Mühərrik ilk dəfə sınaqdan keçiriləndə az qala bina yanacaqdı. Çünki bu zaman o qədər istilik yaranmışdı ki, bu, qış mövsümündə 100 evi qızdırmağa bəs edərdi. 7. Bugatti Veyron-nun 300 km/saatdan çox sürətlə ilk sınağı zamanı qaz buraxma borularından 2 metr uzunluğunda alov çıxmışdı. Əvvəlcə bunu belə də saxlamaq istədilər, lakin qanunsuz olduğundan nadir soyutma sistemi yaratmalı oldular. 8. 300 km/saat cəmi 17 saniyəyə yığılır. 9. Sürət keçidi güc itirmədən baş verir - cəmi 150 milli saniyə, bu da göz qırpımından tezdir. Bu, ikili muftası olan sürət qutusu sayəsindədir. 10. Sürət keçidinin kontrolleri 4 kompüterdən daha güclüdür. 11. Bugatti-nin əyləc diskləri yüksək texnologiyalı kömür-titan keramikasının qarışığından hazırlanıb. 12. Bugatti-nin iki əyləc sistemi var - biri mexaniki (təkərlərdə), digəri isə aerodinamik (palçıq qoruyucularında). 13. 407 km/saatda dayanmaq üçün Bugatti-yə 10 saniyə lazımdır. 14. Bugatti üçün məxsusi şinlər hazırlamaq məcburiyyətində qalıblar. Belə ki, hələ 400 km/saatdan yuxarı sürətdə funksiyalarını yerinə yetirmək üçün şin istehsal edilməyib. 15. Arxa təkərlərin eni 37 santimetrdir. 16. Benzin çəninin tutumu 100 litrdir. Bugatti yanacaq yandırmağı çox sevir - şəhərdə 37 litr/100 km, trasda 14,9. 17. Bugatti-də hər bir detal əl ilə yığılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:38
Müstəqilliyimiz əbədidir21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
