Dünya liderlərinin makiyaj və estetik xərcləri!12-09-2017, 14:26
Çap et Emmanuel Makron 39 yaşlı Fransa prezidenti Emmanuel Makron ilk üç aylıq rəhbərlik dövründə makiyajı üçün 26 min avro xərcləyib. Ancaq son zamanlarda bu xərclərin azalacağı vurğulanıb. NikolaSarkozi və Fransua Ollanddan fərqli olaraq Makronun makiyajını daimi bir işçi qüvvəsi yerinə yetirir. Barak Obama Barak Obamanın makiyajında heç vaxt kiprik tuşu, kölgə effekti, dodaq boyası, ənlik istifadə edilməyib. Sabiq ABŞ prezidenti yalnız tonal krem, tozdan istifadə edib. Lakin ailəsi və yoldaşları ilə vaxt keçirərkən makiyajdan uzaq olub. Nikola Sarkozi Fransanın sabiq rəhbəri Nikola Sarkozi hər ay bu məqsədlə 8 min avro sərf edib. Sarkozi üçün istehsalçı ilə 8 min avroluq razılığa gəlinib. Sarkozi həmçinin 2007 seçki kampaniyasında makiyaj və saçı üçün 34 min avro sərf edıb. Vladimir Putin Rusiya lideri Vladimir Putinin üzündə edilən estetik əməliyatlar daim gündəmdə olub. Bu illər ərzində daha gənc görünən Putinin zaman-zaman itkin düşdüyü vaxtlar gizli şəkildə dəriyə qulluq edirmiş. Donald Trump ABŞ prezidenti Donald Trumpın köhnə bərbərləribdən biri Amy Lasch polemika mövzusu olan Trumpın saçına aydınlıq gətirib: Bu, parik deyil, saçların hamısı təbiidir. 1980-ci illərdən bu yana eyni saç modelindən istifadə edir və dəyişməkdən qorxur. Amma prezidentin saçlarının quru və cansız olduğu gerçəkliyi var. Bundan başqa, saç rənginin uğursuz çildiyini deyir. Görəsən, o saçı həyat yoldaşı yoxsa, qızınmı çəkir?". Justin Trudeau Kanadalı prezident Justin Trudeau saçına çox pul sərf etməyən nadir insandır. Kanadanın 23-cü baş nazirinin saç kəsimi yalnız 32 dollardır. Fransua Ollandı Fransanın keçmiş prezidenti Fransua Ollandın şampun xərcləri uzun mübahisələrə səbəb olub. Olland aylıq bərbərinə 10 min, makiyajına isə 6 min avro xərcləyib. ABŞ prezidentlərinin makiyaj ustası" kimi tanınan Lois Cassano, "Dünyanı idarə edən başçıların heç biri bu günə qədər üzlərindəki hər hansı bir qüsuru bağlamamağımız istəmədi" deyir və əlavə edib: "Onları daha gənc göstərmək kimi bir təzyiq hiss etmədim. Daima özləri kimi olublar. Yalnız bir az daha yaxşı görünmək məqsədləri olub. Cassano bildirir ki, bir dəfə George W. Bush və Tony Bleirin fövqəladə mətbuat konfransına 7 dəqiqə qalmış hər iki liderin makiyajını 3 dəqiqə içərsində tamamlayıb. David Cameron Sabiq İngiltərə prezidenti David Cameronun bərbəri Raffaele Lino Carbosiero saç kəsməsi və qurutması üçün 90 fund-sterlinq alırmış Bill Klinton Bill Klinton da saç mövzusunda ən yaxşılarından biridir. ABŞ-ın keçmiş prezidenti saçına 200 dollar ayırırmış. Toni Bleir 1999 və 2005-ci illər arasında İngiltərə Baş naziri Toni Bleir mətbuat konfransları üçün makyajına çox pul xərcləyib. Hətta baş nazirkosmetikasına ortalama bir ingilis qadının kosmetikası ilə müqayisədə iki dəfə çox pul sərf edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
