Avropada ən çox çörək yeyən ölkələr - SİYAHI5-10-2018, 13:23
Çap et Buna baxmayaraq, statistika onu göstərir ki, düyüdən geniş istifadə olunan Çin kimi ölkədə belə çörəyin fərqli assortimenti mövcuddur. 10. İtaliya – adambaşına ildə 51,7 kiloqram İtaliyanın bu reytinqdə dünya 10-cusu olması ilk növbədə pizzadan geniş istifadə olunması ilə bağlıdır. Belə ki, pizzanın əsas elementi məhz buğda unudur. 9. Rusiya – adambaşına ildə 54,8 kiloqram Rusiyada da çörəkdən istifadə ənənəsi geniş yayılıb. Bu dövlətin tərkibində çoxsaylı Qafqaz xalqlarının olduğunu nəzərə alsaq, statistika ümumiyyətlə bizi təəccübləndirməli deyil. 8. Belçika – adambaşına ildə 55,3 kiloqram Şirniyyatları ilə dünyada məşhur olan Belçikada sakinlər bulkadan istifadə etməyi xüsusilə çox sevirlər. Yəni italyanlarda pizza olduğu kimi, belçikalılarda da bulka onları buğda unundan geniş istifadə etməyə sövq edir. 7. Almaniya – adambaşına ildə 55,7 kiloqram Pivə və kolbasaları ilə dünyada məşhur olan almanlar çörək məmulatlarına da çox meyl salırlar. Belə ki, istər arpa, istər buğda, istərsə də qarğıdalı unundan hazırlanmış çörəklər mağazalarda çox satılır. 6. Fransa – adambaşına ildə 57,1 kiloqram Fransa dünyada kulinariyanın əsas mərkəzi sayılır. Təsadüfi deyil ki, çörəklər arasında da fransızların məşhur baqeti populyardır. 5. Hollandiya - adambaşına ildə 62,1 kiloqram Bu Qərbi Avropa ölkəsinin çörəyi də çox yüksək qiymətləndirilir. Hollandlar çörəyə şəkər və əlavə inqredientlər qataraq, onu daha dadlı edirlər. 4. Yunanıstan – adambaşına ildə 68 kiloqram Qərb fəlsəfəsinin vətəni sayılan Yunanıstan da çörəkdən çox istifadə edən ölkədir. Bu çörək sevgisi onları dünyanın 4-cüsü edib. 3. Ukrayna – adambaşına ildə 88,9 kiloqram Münbit və məhsuldar torpaqları ilə məşhur olan Ukraynada çörəyə böyük dəyər verilir. Məhz bu amilə görə ukraynalıların ilk "üçlük”də yer alması təəccüblü görünməməlidir. 2. Bolqarıstan – adambaşına ildə 95,2 kiloqram Bolqarıstanda çörək sevgisi 5 əsr əsarətləri altında olduqları Osmanlı İmperiyasından qalıb. Sadə bolqar ailəsində çörək hər səhər, günorta və axşam süfrənin başında olmalıdır. 1. Türkiyə - adambaşına ildə 104,3 kiloqram Reytinqin favoriti Türkiyədə çörək müqəddəslik simvoludur və çoxsaylı çeşidlərə malikdir. Türklərdə çörək sevgisi o qədər güclüdür ki, buna görə onlar hətta Ginnesin Rekordlar Kitabına da düşüblər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
