Arxeoloqlar Çində “dirilik suyu” tapdılar5-03-2019, 09:56
Çap et Xenan vilayətində 3,5 litr "dirilik suyu” tapıblar. Arxeoloqlar bürünc dolçada olan mayeni Loyan şəhərindəki zadəgan ailənin sərdabəsində aşkar ediblər. Araşdırma göstərib ki, "dirilik suyu” sadəcə spirtli içkidir. Tərkibində alunit və kalium nitrat var. "Dirilik suyu” haqqında, adətən, qədim daos yazılarında danışılırdı. Qərbi Xan hakimiyyəti dövründə həmin maye məhz bu tərkiblə hazırlanırdı. Arxeoloqlar 210 kvadrat metrlik ərazidə həm də misdən və yüngül metallardan hazırlanmış əl işləri tapılıb. Sərdabənin kimə məxsus olması məlum deyil. Ehtimal olunur ki, sahibi qədim Çində tanınmış adam sayılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:38
Müstəqilliyimiz əbədidir21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
