Uşaq böyütmək üçün 10 ideal ölkə - İlk onluq2-04-2019, 10:14
Çap et 65 fərqli meyar əsasında aparılan sorğuda 21.000 nəfər iştirak edib. 80 ölkənin dəyərləndirildiyi genişmiqyaslı araşdırmada ölkələrin iqtisadi təsir gücü, vətəndaşlıq və həyat keyfiyyəti kimi bir çox kriteriyalar qiymətləndirilərək hər bir ölkənin "uğur səviyyəsi" hesablanıb. Uşaqları fiziki və psixoloji olaraq sağlam böyütmək üçün hansı ölkələrin ən yaxşı olduğunu müəyyən etmək üçün tədqiqatçılar qeyd olunan səkkiz kriteriyanı əsas götürüblər: insan haqqları, ailə dostluğu, gender bərabərliyi, xoşbəxtlik, gəlir göstəriciləri, təhlükəsizlik səviyyəsi, qabaqcıl təhsil və təkmilləşdirilmiş səhiyyə sistemi. Bu araşdırma Pensilvaniya Universiteti və Y&R BAV Group tərəfindən idarə olunan " Ən yaxşı ölkələrin hesabatı" adlı layihənin bir hissəsidir. Hesabata əsasən uşaqları böyütmək, təlim-tərbiyəsi ilə istədiyiniz kimi məşğul ola biləcəyiniz ən yaxşı 10 ölkəni təqdim edirik: Danimarka İsveç Norveç Finlandiya Kanada Hollandiya İsveçrə Yeni Zelandiya Avstraliya Avstriya Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
