Mehriban Əliyeva bir neçə bağçanın açılışında iştirak edib6-03-2018, 19:00
Çap et Birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak edib. Bu məktəbəqədər təhsil müəssisəsi 1942-ci ildən 5 qrup ilə fəaliyyət göstərib. Bağça sanatoriya tiplidir və uşaq müəssisəsinə vərəm xəstəliyinin sönük formasında olan uşaqların qəbulu həyata keçirilir. 2014-cü ilin sentyabrında məktəbəqədər təhsil müəssisəsinin birmərtəbəli köhnə binası sökülərək yerində yeni binanın inşasına başlanıldı. Artıq ikimərtəbəli yeni binada 5 Azərbaycan, 1 rus bölməsi olmaqla 6 qrupdan ibarət körpələr evi-uşaq bağçası fəaliyyət göstərəcək. Heydər Əliyev Fondunun təhsil müəssisələrinin inkiafı proqramı əsasında tikilən 120 yerlik bağçada 2 yaşdan 6 yaşadək usaqların təlim-tərbiyəsi ilə 47 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaq. Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı yenidən qurulan 80 saylı körpələr evi-usaq bağçasının da açılışında iştirak edib. 150 yerlik körpələr evi-uşaq bağçasında Azərbaycan və rus bölmələri ilə yanası, pilot layihə kimi ingilisdilli qrup da yaradılıb. Yenidənqurmadan əvvəl usaq bağçasının 4 korpusundan 2-si birmərtəbəli, 2-si isə ikimərtəbəli binalardan ibarət idi. Əsaslı yenidənqurma zamanı birmərtəbəli korpuslarda əlavə ikinci mərtəbələr də inşa edilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan Səbail rayonunda yerləşən 157 nömrəli bağçanın da açılışı olub. Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak edib. Bayıl yaşayış sahəsində yerləşən usaq bağçası 100 il əvvəl inşa olunmus və 2 mərtəbədən ibarət olub. Bina sökülərək onun yerində 3 mərtəbəli müasir bina tikilib. Bağçada 100 usağın təlim-tərbiyəsi ilə ümumilikdə 25 nəfər məsgul olacaq. Binada müşahidə kameraları, yanğından mühafizə sistemi quraşdırılıb. Bağçanın yerləsdiyi ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, müxtəlif çiçək və gül kolları, ağaclar əkilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
