İspanaq, qoz, yulaf, süd və pomidor – Onları nə birləşdirir?26-08-2016, 11:49
Çap et Xanımlar, daha sağlam bir bədənə malik olmaq üçün üçün bu qidaları mütləq yeməlisiniz. 1. İspanaq Çox sevilən bir tərəvəz olmasa da ispanaq, bir çox vitamin və minerallar, yüksək miqdarda magneziumla zəngindir. Magenzyum şişkinlik, sinə həssaslığı, artıq çəkimi kimi menstruasiyadan əvvəli yaranan fiziki simptomların yüngülləşdirilməsinə kömək olur. 2. Qoz Mütəxəssislərin sözlərinə görə, qozun tərkibində omega-3 yağ turşuları, antioksidanlar və fitosteroller var. bunlar isə döş xərçəngi riskini azaltdığı sübut edilən maddələrdir. Yüksək omeqa-3 tərkibi sümük sağlamlığına, sümük-onurğa ağrılarına və depressiyaya yaxşı təsir edir. Qozun tərkibində eyni zamanda kalsium, maqnezium, fol turşusu kimi qidalandırıcı maddələr də var. 3. Yulaf Yulafın tərkibində qadın sağlamlığına yaxşı təsir edən bir çox qidalandırıcı maddələr var. Ürək sağlamlığı üçün faydalıdır, həzmi nizamlayır, təzyiqi tarazlayır və tərkibindəki B6 vitamini ilə menstruasiya əvvəli sindromu yüngülləşdirir. Quruluşundakı digər komponentlərdən olan fol turşusu isə uşaqlardakı doğuş qüsurlarının qarşısını alır, hamiləlik əsnasında və əvvəlində qadınların özünə qulluğu baxımından çox əhəmiyyətlidir. 4. Süd Kalsium çatışmazlığı dünya səviyyəsində qadınların çoxunda yaşanan ən böyük problemlərdən biridir. Süd hər yaşda qadın üçün vacib qidadır. D vitamini ilə birləşdikdə tərkibindəki bol kalsium ilə sümük əriməsinin qarşısını almaq üçün ən təsirli vasitədir. 5. Pomidor Sağlamlıq baxımından əhəmiyyətli bir karotenoid olan likopen pomidorun tərkibində bol olan bir pigmentdir. Aparılan bir çox araşdırmalar likopenin döş xərçənginin qarşısını almaqda böyük kömək olduğunu sübut edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
