Saxta ətri orijinalından necə ayırmalı? - DETALLAR9-09-2016, 17:01
Çap et - Orijinal ətrin qutusunun ətrafındakı şəffaf sellofan ustalıqla qablaşdırılır və bağlı olur. Qablaşdırmada problemlər varsa, saxta olma ehtimalı yüksəkdir. - Orijinal ətirlərin qutuları ətir şüşəsinin zərər görməsinə mane olacaq formada və ağ kartondan olur. Boz rəngli və ya nizamsız kartonlu qutusu olanları almayın. - Qızılı rəngli dairəyə diqqət edin. Aşağıda şəkildə gördüyünüz soldakı orijinal, sağdakı isə saxtadır. Orijinal ətirlərdə qara ox sağ tərəfə, qızıl rəngli ox sol tərəfə doğru baxır. Belə deyilsə, saxtadır. - Məşhur markalar məhsullarında rəngləndiricidən çox istifadə etmir. Bu səbəbdən də ətirlər solğun rəngdə olur. Çox canlı və çox rəngli ətirlər böyük ehtimalla saxtadır. - Orijinal ətir şüşələrinin qapaqlarındakı möhürlər simmetrik olmalıdır. - Ətirlərin ardıcıl nömrələri həm şüşənin üzərində, həm də qutusunda olmalıdır. - Orijinal marka ətirlərin şüşələrinin səthində hər hansı bir əyrilik görə bilməzsiniz. Şüşə qapağı, qutusu və qabı, yəni bütün detallar düzgün şəkildə kəsilmiş və yapıştırılmış olur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
