Demo Sayt » maraqli » Bu sərginin 350 mindən çox ziyarətçisi ola bilər


Bu sərginin 350 mindən çox ziyarətçisi ola bilər

25-06-2015, 18:31
Çap et
Bu sərginin 350 mindən çox ziyarətçisi ola bilər Meksikanın paytaxtı Mexikoda incəsənət sevərlərin marağına səbəb olan sərgi açılır. Sabah ictimaiyyətin üzünə açılacaq sərgidə dünya şöhrətli rəssamlar Leonardo da Vinçi və Mikelancelonun əsərləri nümayiş etdiriləcək. Sərgiyə Mikelancelonun 29, da Vinçinin isə 11 orijinal əsəri daxildir.
Bu, Mikelancelonun əsərlərinin Meksikada ilk nümayişi olacaq. Da Vinçinin əsərləri isə Meksikada ilk dəfə 35 il əvvəl nümayiş etdirilmişdi.
Sənətsevərlər sərgidə Leonardo da Vinçi və Mikelancelo ilə eyni dövrdə yaratmış daha bir neçə məşhur rəssamın orijinal əsərlərini də görə biləcəklər.
Sərgiyə 350 mindən çox adamın gələcəyi gözlənilir.
Reytinq: