Aparıcı musiqiçini baltalayacaqdı - VİDEO25-06-2015, 18:36
Çap et Səhər efirində insanları əyləndirməyə çalışan bir teleaparıcı az qala musiqiçini baltalayacaqdı.Qəribə hadisə ABŞ-da baş verib. Ölkənin nüfuzlu telekanallarından olan “FOX”un efirində yayımlanan səhər proqramı sürpriz hadisə nəticəsində izləyənləri dəhşətə gətirib. Açıq havada təşkil olunan proqram olduqca əyləncəli başlayıb. Aparıcının şux zarafatları ilə kənarda marş ifa edən ansambıl tamaşaçıları kifayət qədər əyləndirsə də, proqramın aparıcısı dinc durmayıb. Əlindəki 2 tiyəli baltanı taxta lövhəyə doğru atmağa qərar verən aparıcı yaxınlıqdakı adamın həyatını təhlükəyə atıb. Hədəfin üstündən keçən balta arxada təbil çalan musiqiçinin sinəsinə çırpılıb. Xoşbəxtlikdən həmin an baltanın istiqaməti dəyişdiyindən soyuq silah ona ölümcül xəsarət yetirməyib. Bununla belə kəskin balta musiqiçinin qolunu yaralayıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Səhər efirində insanları əyləndirməyə çalışan bir teleaparıcı az qala musiqiçini baltalayacaqdı.