Azərbaycan Qazaxıstanda keçiriləcək festivalda təmsil olunacaq9-03-2017, 17:49
Çap et Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 1995-ci ildən etibarən davamlı şəkildə keçirilən festival hər il teatrın görkəmli aktyorlarından birinə həsr olunur. Festivalda teatrın ən son premyeraları nümayiş olunaraq beynəlxalq münsiflər tərəfindən qiymətləndirilir. SSRİ-nin xalq artisti Xadişa Bukeevanın 100 illik yubileyinə həsr edilən builki festival çərçivəsində “Xadişa Bukeeva və müasir aktyor sənətinin problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Tədbirdə Azərbaycan da təmsil olunacaq. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov festivalda münsif qismində iştirak etmək və master-klass keçirmək üçün Qazaxıstana dəvət olunub. V. Qafarov beynəlxalq konfransda “Aktyor sənəti - postdramatik teatrdan əvvəl və sonra” mövzusunda məruzə ilə də çıxış edəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
