Samira Allahverdi: “Rəfiqələrimin ayaqqabısını geyinirdim”3-04-2017, 18:56
Çap et Sənətçi həyatı ilə bağlı heç vaxt demədiyi məqamları da açıqlayıb: “Mən Cənub bölgəsində yaşamışam. Yeməyə heç nə olmurdu. Qırmızı soğanı torpaqdan çıxarıb çörəklə yeyirdik və ona şükr edirdik. O mənim həyatımın ən xoşbəxt anları idi. Biz ailədə elə bir evdə yaşamışıq ki, qardaşımla mənim başıma damdan yağış yağıb. Yağış yağırdı, biz vedrəni altına qoyurduq, amma mən sevinirdim, deyirdim hər şey əladır. Nə yaxşı ki, mən həyatımda belə şeylər görmüşəm. Ona görə həyatda azmadım, başımı itirmədim. Hər zaman Allaha şükr edirəm. Demirəm niyə həyatımda bunlar oldu. Hər zaman deyirəm ki, həyatımda hər şey gözəldir. Təki canımız sağ olsun. Mən instituta piyada gedib-gəlirdim. Anamdan ancaq yolpulu götürürdüm ki, qayıdanda heç olmasa avtobusla qayıdım. Anama demirdim ki, mənə filan şey al. Bəzən almağa imkan çatmırdı deyə rəfiqələrimin ayaqqabısını, xalamın koftasını geyinirdim. Amma indi – bunu lovğalıq kimi qəbul eləməsinlər - kofta alıram, 1-2 dəfə geyinirəm, ya geyinmirəm kiməsə verirəm. Deyirlər, Samira filan ayaqqabından xoşum gəldi, götürüb hədiyyə edirəm. Anam hərdən mənə deyir ki, belə getsə sən heç nəsiz qalacaqsan. Deyirəm onsuz da o biri dünyaya heç nə aparmayacam. Mən insanlığa, ürəyə dəyər verirəm. Neynirəm yanımda model, gözəl-göyçək xanım əyləşsin, amma ürəyi boşdur. Ürəyin yoxdursa, ürəkdən gülüb, ağlaya bilmirsənsə, bax, bu, faciədir. Qonşun ac olanda kömək edə bilmirsənsə, nəyə lazımsan bu həyatda?! Onda nə sizin bahalı markalarınız lazımdır, nə bu İponelarınız. Ürək olmayandan sonra heç nə lazım deyil”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
