Pekində təhsil alan azərbaycanlı tələbələr beynəlxalq mədəniyyət festivalına qatılıblar28-09-2017, 11:09
Çap et Azərbaycanın Çindəki səfirliyindən verilən məlumata görə, 40-a yaxın ölkənin stendinin qurulduğu festivalda səfirliyin dəstəyi ilə bu təhsil ocağında təhsil alan tələbələrimiz də fəal iştirak ediblər. Tədbirin birinci günündə Azərbaycanın milli mədəniyyəti, tarixi, turizm potensialı və Azərbaycan həqiqətlərini əks etdirən kitab, jurnal və posterlər sərgilənmiş, milli geyimli tələbələr tərəfindən milli rəqslərimiz qonaqlara nümayiş etdirilib. Tədbirin ikinci günü isə, kulinariya günü olaraq nəzərdə tutulub və iştirakçı ölkələrin milli mətbəx nümunələri təqdim olunub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
