Belarus televiziyası Azərbaycan mətbəxi haqqında veriliş hazırlayıb9-04-2018, 20:10
Çap et Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, proqramda Belarus Azərbaycan İcmaları Konqresinin İdarə Heyətinin üzvü Gülnarə İmanova və təşkilatın fəal üzvlərindən biri Olesya Kosokina Azərbaycanın zəngin milli mətbəxi haqqında Belarus tamaşaçılarına məlumat veriblər. Bildirilib ki, 2000-ə yaxın xörək növü olan Azərbaycan milli mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Azərbaycan ərazisində olan doqquz iqlim qurşağının, flora və faunasının zənginliyinin, eyni zamanda mətbəxin də rəngarəngliyinə təsir etdiyi diqqətə çatdırılıb. Azərbaycan kulinariyasının öz tarixinə və özünəməxsusluğuna görə digər qonşu xalqların mətbəxindən xeyli fərqləndiyi vurğulanıb, dolma, plov, piti və digər Azərbaycan xörəkləri haqqında geniş danışılıb. Verilişdə, eyni zamanda Belarus Azərbaycan İcmaları Konqresinin Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi milli mətbəxin təbliğinə xüsusi önəm verdiyi vurğulanıb. Bu məqsədlə təşkilat vaxtaşırı beynəlxalq kulinariya festivallarında Azərbaycanın təmsilçiliyini dəstəkləyir, Azərbaycan milli mətbəxinə həsr olunmuş verilişlərin yayımını təşkil edir və digər fəaliyyətlər həyata keçirir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
