Azərbaycan Beynəlxalq Dil festivalında iştirak edib22-05-2018, 10:16
Çap et Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycan dilinin təqdimatını keçirib. Festival iştirakçıları Azərbaycan dilinin əlifbası ilə tanış olub, Azərbaycan dilində sözlər yazmaq, oxumaq və tələffüz etmək imkanı qazanıblar. Bununla yanaşı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tarixi abidələrimiz, Azərbaycanın görməli yerləri ilə bağlı maraqlı məlumatlar verilib. Mərasimdə geniş auditoriya qarşısında Azərbaycan dilində uşaq şeirləri və Azərbaycan şairi Səməd Vurğunun “Azərbaycan” şeiri səsləndirilib. Saloniki şəhərinin icra başçısı Yannis Butaris, icra başçısının təhsil və idman üzrə müavini Cənab Aleksandros Barbunakis və alim Aryiru Mumdidu Beynəlxalq Dil Festivalında Azərbaycan stendini ziyarət ediblər, xatirə şəkilləri çəkilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
