Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı beynəlxalq festival keçiriləcək2-05-2018, 10:20
Çap et Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, səfirliyin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq festival çərçivəsində mayın 3-də Azərbaycan rəssamlarının iştirakı ilə “Azərbaycan” adlı rəsm sərgisi açılacaq. Mayın 5-də Azərbaycanın mədəniyyət işçilərinin iştirakı ilə caz festivalı olacaq, eyni zamanda, Azərbaycana dair film nümayiş ediləcək. Festival çərçivəsində, həmçinin Azərbaycanın milli mətbəxini nümayiş etdirən yarmarka təşkil olunacaq. Mayın 6-da isə festivalın bağlanış günü qala konsert keçiriləcək. Ukraynanın Xarkov, Dnepr, Odessa və digər şəhərlərində də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təqdimatlar, konfranslar keçiriləcək. Mayın 18-də Azərbaycanın Ukraynadakı səfirliyində rəsmi qəbul da təşkil olunacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
